Bakıda sürücülər arasında dava olub, saxlanılan var

Bakıda sürücülər arasında dava olub, saxlanılan var

Bakıda xuliqanlıq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dekabrın 14-də Binə qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin sürücüsünün xuliqanlıq zəminində Buzovna qəsəbə sakini N.Hacıyevi döyməsi və idarə etdiyi “VAZ 2104” avtomobilini təpiklə əzməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini İ.İsmayılov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.