Bakının əsas yollarında TIXAC var – SİYAHI

Bakının əsas yollarında TIXAC var – SİYAHI

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu gün səhər saatlarında sıxlıq olan yolların siyahısını açıqlayıb.

NOCOMMENT sıxlıq olan yolların siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
3. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
4. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
5. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
6. 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Zərifə Əliyeva küçəsində;
8. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində;
10. Neftçilər prospekti Azneft dairəsi istiqamətində;
11. Babək prospekti mərkəz istiqamətində;
12. Mikayl Müşfiq küçəsi Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
13. 8 Noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.