Baş Prokurorluq Masallıda konfrans keçirəcək

Baş Prokurorluq Masallıda konfrans keçirəcək

Baş Prokurorluq Masallıda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 18-də Baş Prokurorluq Masallıda 10-a yaxın regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil edəcək.

Tədbirdə, həmçinin dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.

Toplantı çərçivəsində, Masallı rayon prokurorluğunda “Açıq qapı” günü də olacaq.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfrans keçirilib.