Baş redaktor üç gün ərzində iki dəfə qəzaya düşüb

Baş redaktor üç gün ərzində iki dəfə qəzaya düşüb

Publika.az saytının baş redaktoru Aqil Lətifov üç gün ərzində iki dəfə qəzaya düşüb.

NOCOMMENT xəbər verir ki, bu barədə baş redaktor özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, mayın 2-də paytaxt ərazisində VAZ markalı avtomobil əks yola çıxaraq idarə etdiyi maşınla toqquşub. Həmin vaxt avtomobilinə zərər dəysə də, özü xoşbəxtlikdən xəsarət almayıb.

İkinci hadisə isə bu gün paytaxt ərazisində qeydə alınıb: “Əyləşdiyim taksi yük maşını ilə toqquşdu. Nəticədə ayağım üç yerdən möhkəm əzildi”.

A.Lətifov söyləyib ki, daha sonra xəstəxanada ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün buraxılıb.