Baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcək

Baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcək

Nəsimi rayonu ərazisində ictimai iaşə obyektində baxımsız vəziyyətdə aşkar edilmiş körpə polis müşayiəti ilə  müvafiq tibb müəssisəsinə yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  APA məlumat yayıb.

Bildirilib ki, o, müalicə prosesinin ardınca aidiyyatı üzrə körpələr evinə yerləşdiriləcək.

Xatırladaq ki, iyulun 15-də Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.