Beş günlük tətildən sonra Bakıda böyük tıxac var

Beş günlük tətildən sonra Bakıda böyük tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb.

 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

3. Heydər Əliyev prospekti   kənar yol, mərkəz istiqamətində;

4. Tbilisi prospekti, mərkəz istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.