Bakının Nizami rayon, Babək prospekti 87, 2390-cı məhəllədə yerləşən binada yaşayan sakinlər mənzillərinə çıxarış ala bilmirlər.
NOCOMMENT.az xəbər verir ki, həmin binada yüzdən çox ailə yaşayır, hamısının da problemi mənzillərinə çıxarışın verilməməsidir.
Sakinlər bildirirlər ki, bina 2020-ci ildən təhvil verilib. Mənzili alarkən də tezliklə çıxarış veriləcək deyə müqavilə imzalayıblar.
Onlar çıxarışın verilməməsinin dəqiq səbəbini bilmirlər, amma bilinən odur ki, bununla bağlı 100-dən artıq ailə əziyyət çəkir.
Binanı inşa edən “Yusifoğlu İnşaat” MMC-nin vəkili və namayəndəsi olduğunu deyən Rəşad Abdıyev “Xəzər Xəbər”ə bildirdi ki, məsələ ilə bağlı sakinlərlə eyni mövqedədirlər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə çıxarışa icazə vermədiyinə görə məhkəmə mübahisəsinə keçiblər.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildirildi ki, binaya çıxarışı Əmlak Məsələləri Dövlət Xidməti verir.
Ətraflı araşdırıb məlumat vermək isə həftəsonu oldğundan mümkün deyil.
Əmlak Məsələləri Dövlət Xidmətindən isə “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın istismara icazə aktını təqdim etməlidir ki, binaya çıxarış verilsin.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












