Birbank Cashback faizləri bu səbəbdən ödənilməyəcək 

Birbank Cashback faizləri bu səbəbdən ödənilməyəcək 

Son günlər Kapital Bankın Birbank Cashback kartları ilə ödənişlərdən kart sahiblərinə geri faizlərin ödənilməməsi ilə bağlı söz-söhbətlər gündəmdir. Hətta Birbank Mobil tətbiqində belə ödənişlər görsənmir.

Bu barədə NOCOMMENT.az-a müraciət edən vətəndaşlar bildirirlər ki, son 2 aydır ki, Birbank Cashback kartları ilə ödənişlərdən bəzi alış-verişlər üzrə geri faizlər ödənmir.

Bu barədə Kapital Banka zəng edilib və Birbank mobil tətbiqi üzərindən vətəndaşların şikayətləri dinlənilsə də, onlara heç bir izahat verilməyib. Əldə etdiyimiz məlumata görə, cari ilin sentyabr ayından Kapital Bank Birbank Cashback kartları ilə ödənişlərdə dəyişikliklər edib.

Bankdan bununla bağlı 50 min müştəriyə bildirişlərin göndərildiyini iddia etsələr də vətəndaşlar belə bir bildirişin almadıqlarını söyləyirlər.

Belə ki, əvvəllər mobil tətbiqdə Extra Cashback bölməsinə daxil olaraq 2 sektoru seçərək daha yuxarı Cashback əldə etmək mümkün idi. Digər sahələr üzrə isə bütün hallarda müxtəlif faizlərlə geri ödənişlər edilirdi.

Yeni qaydalara əsasən sentyabr ayından Extra Cashback bölməsinə daxil olaraq yalnız seçilmiş 2 bölmə üzrə geri ödənişlər hesablanacaq.

Burdan belə nəticəyə gəlmək olur ki, bu yeniləmədən xəbəri olmayan 50 min Birbank Cashback kart istifadəçiləri bu yeniləmədən xəbərsiz olduqları üçün geri ödəniş eldə edə bilməyiblər.

Bəs görəsən bu müştəri hüquqlarının pozulması deyilmi? Müştəri məmnuniyyəti bir bank üçün əsas prioritetlərdən hesab olunmurmu?

Mövzunu diqqətdə saxlayacayıq.