Bu ərazinin bir hissəsində su kəsiləcək

Bu ərazinin bir hissəsində su kəsiləcək

Bu gün Bakının Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.