Bu istiqamət üzrə əlavə qatar reysləri təyin edildi

Bu istiqamət üzrə əlavə qatar reysləri təyin edildi

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 7-8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək olacaq.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.