Bu qurumun işçilərinin maaşı 20 faiz artırılıb – RƏSMİ

Bu qurumun işçilərinin maaşı 20 faiz artırılıb – RƏSMİ

“Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb.

NOCOMMENT xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, artım barədə qərar ötən ay verilsə də, yanvar, ferval aylarına da şamil edilib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, əməkhaqları 20 faiz artırılıb: “Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.