Bu rayonda su olmayacaq

Bu rayonda su olmayacaq

Bu gün Bakı şəhərinin Nizami rayonunda suyun verilişində məhdudiyyət olacaq.

NOCOMMENT-ə bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da saat 22:00-dan etibarən 10 dekabr 2021-ci il tarixdə səhər saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.