Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı “Turkovac” peyvəndinin 3-cü faza sınaqları başlayır.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunun üçün Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir.
Sınaqların başlanması üçün martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq.
Qeyd edək ki, “Turkovac” Erciyes Universiteti (ERU) və Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsi (TÜSEB) ilə birlikdə hazırlanıb.












