Cahan Holdinqə məxsus şirkət barəsində protokol tərtib edildi

Cahan Holdinqə məxsus şirkət barəsində protokol tərtib edildi

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Cahan Holdinq”ə məxsus ENNA MMC barədə protokol tərtib edilib.

NOCOMMENT.az xəbər verir ki,şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci(Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Gülsüm Əliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Cahan Holdinq”ə məxsus ENNA zavodunda ildə 250 milyon içki istehsal olunur. Şirkətin elektron saytında qeyd edilir ki, 2022-ci ildə ilk dəfə enerji içkisi istehsal edilir. Amma AQTA-nın apardığı yoxlama zamanı bəlli olub ki, ENNA MMC tərəfindən istehsal edilən “Plus Power” enerji içkisi deyil.

Onu da qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Məmmədov Murad Həbib oğludur.