Daha bir məktəb koronavirusa görə bağlanıb

Daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda daha bir məktəb distant təhsilə keçib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən NOCOMMENT-ə verilən məlumata görə, 36 nömrəli tam orta məktəbin bir neçə müəllimi koronavirus (COVID-19) infeksiyasına yoluxub. Ona görə də məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz edilib.