Daha bir nəfər Yuxarı Qarabağ kanalında batdı

Daha bir nəfər Yuxarı Qarabağ kanalında batdı

Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb.

NOCOMMENT.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.