Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin daha bir layihəsinə “stop” qoyuldu

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin daha bir layihəsinə “stop” qoyuldu

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin çöl-ölçmə avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

NOCOMMENT.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib. Ləğvetmənin səbəbi açıqlanmayıb.

Tenderin dəyəri 19 588 AZN olub.\\Pravda.az