Dənizdə iki nəfər BATDI

Dənizdə iki nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.