Departament rəhbəri vəzifəsindən azad edildi

Departament rəhbəri vəzifəsindən azad edildi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişikliyi olub.

NOCOMMENT.az-ın məlumatına görə, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub

Bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. QSC sədrinin digər əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub. (Oxu.Az)