“Dərmanın içlik vərəqi sadə dillə, aydın şəkildə və iri şriftlərlə yazılmalıdır” – VİDEO

“Dərmanın içlik vərəqi sadə dillə, aydın şəkildə və iri şriftlərlə yazılmalıdır” – VİDEO

Deputat Səyyad Aran parlamentin plenar iclasında dərman preparatlarının içlik vərəqindəki yazıların çox uzun və anlaşılmaz olmasına etirazını bildirib.

Millət vəkilinin sözlərinə görə, sözügedən məsələ ilə bağlı ona vətəndaşlar müraciət ediblər və onlar dərmanların içlik vərəqində yazılanları başa düşmədiklərini deyiblər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, deputat deyir ki, dərmanın içlik vərəqi sadə dillə, aydın şəkildə və iri şriftlərlə yazılmalıdır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənmək istədik, lakin həftəsonu olduğu üçün bir heç bir məlumat ala bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.