DİN-dən məktəblinin intihar etməsi barədə AÇIQLAMA

DİN-dən məktəblinin intihar etməsi barədə AÇIQLAMA

Daxili İşlər Nazirliyi paytaxtın Xətai rayonunda baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb.

NOCOMMENT xəbər verir ki, mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb.

O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb.

Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.