DİN: Salyanda atışma baş verməyib

DİN: Salyanda atışma baş verməyib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan rayonu ərazisində atışma baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov report-un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur.

“Bu barədə heç bir fakt qeydə alınmayıb”, – deyə o vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Salyan rayonu ərazisində silahlı atışmanın baş verdiyi barədə məlumatlar yayılmışdı.