Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan hibrid mühərrikli minik avtomobillərinin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,3%, onların dəyəri isə 66,8% artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumatlara görə, idxal olunan elektrik mühərrikli minik avtomobillərinin sayı illik müqayisədə 33,9%, dəyəri isə 32,8% artıb.
İdarədən qeyd edilib ki, daxiliyanma mühərrikli avtomobillərin idxalının azalması ölkəyə istismar müddəti 10 ildən artıq olan minik avtomobillərinin idxalına qoyulan məhdudiyyətlərlə bağlıdır.










