Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində Durhəsən Rzayev dindirilib.
Şahid bildirib ki, onun adından şirkət açılaraq pul köçürmələri aparılıb: “Bu işlə bağlı heç nədən xəbəri olmayıb”.
“Azərxalça”da əvvəl anbardar, daha sonra digər nazirliyin şöbəsində işləmiş Emin Xəlilov da ifadə verib. O, çalışdığı yerlərdə sənəd işlərinə baxırdığını vurğulayıb.
Prosesdə Sumqayıt şəhərində yerləşən obyektdə və İsmayıllıdakı xalça emalı sexində işləmiş Afər Soltanov dindirilib. O söyləyib ki, bütün aparılan işlərdə işçilərə göstərişi sifarişçilər tərəfindən verib: “Sumqayıtda tikilən obyektlərin birində nəzarətçi vəzifəsində çalışırdım. Daha sonra İsmayıllıya getdim. Aparılan işlərdə çatışmazlıq müşahidə etməmişəm”.
Dövlət ittihamçısı şahidə bildirib ki, şirkətdən 3 milyon 452 min manat yoxa çıxıb.
Şahid isə bundan xəbərsiz olduğunu deyib.
Növbəti proses dekabrın 17-də davam etdiriləcək.












