Dünya çempionunun qətli ilə bağlı şübhəli şəxs tutulub

Dünya çempionunun qətli ilə bağlı şübhəli şəxs tutulub

Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

NOCOMMENT xəbər verir ki, bu barədə report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.