Elbəyi Kərimli həbsdə vəfat etdi

Elbəyi Kərimli həbsdə vəfat etdi

Ötən il narkotik ittihamı ilə məhkum edilmiş ictimai fəal Elbəyi Kərimlinin cəzaçəkmə müəssisəsində vəfat etməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

NOCOMMENT.az xəbər verir ki, Ədliyyə Nazirliyi məlumatı təsdiqləyib.

Nazirlikdən verilən məlumata görə, Elbəyi Kərimlinin ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Kərimli narkotik vasitələri saxlamaqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.