Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəfat etməsi xəbəri yayılıb.
NOCOMMENT e-huquq.az-a istinadən xəbər verir ki, keçmiş nazir ötən axşam ürək çatışmazlığından dünyasını dəyişib.
Xəbər qısa müddətdə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.
Qeyd edək ki, 65 yaşlı E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib.
Yaxınları isə sözügedən məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Qafqazinfo Eldar Mahmudovun ölümü ilə bağlı məlumatı dəqiqləşdirmək üçün ailə vəkili Cavid Rzazadə ilə əlaqə saxlayıb. O, xəbərin yalan olduğunu bildirib: “Yayılan məlumatlar həqiqətə uyğun deyil. Qoy, hər kəs öz yalanında boğulsun”.












