Baş nazirin sabiq müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğlu vəzifəsindən azad olunub.
NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi, polis polkovniki Emin Həsənov vəzifəsindən çıxarılaraq sərəncama götürülüb.
Qeyd edək ki, Emin Həsənov bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.











