Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə məxsus olduğu iddia edilən Hacıkənd qəsəbəsində inşaası yarımçıq qalan hotelin ətrafı hasara alınıb.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, hotel binası bu gün bəzi şəxslər tərəfindən hasara alınıb.
İlkin ehtimala əsasən, tikilinin dəmir hasara alınması Vəliyevlər ailəsinin göstərişi ilə aparılıb.
Məlumat üçün bildirək ki, beşmərtəbəli binanın tikintisi uzun illər yarımçıq saxlanılıb. Tikili yararsız və istifadəsiz vəziyyətdə qalıb.












