Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi müxtəlif növ cihaz və avadanlıqların satın alınması üzrə açıq tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Baku Digital” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bağlanacaq müqavilənin dəyəri 865 456 AZN-dir.
Tender çərçivəsində aşağıdakı avadanlıqlar alınacaq:
- 10 ədəd yüksək təzyiqli moyka aparatı (200 bar, su sərfi 900 l/saat, maksimum temperatur 60 dərəcə, şlanq uzunluğu 12 m, çəkisi 50 kg)
- 20 ədəd motomişar (yerdəyişmə 76,5 sm³, güc 4,4–6,0 kVt, çəkisi 6,6 kg)
- 50 ədəd divara quraşdırılmış split tip kondisioner (xidmət olunan sahə 35–40 kv.m, enerji sinfi A, soyutma gücü 3700 Vt, qızdırma gücü 3750 Vt)
- 50 ədəd sahra bölməsi üçün kondisioner (xidmət sahəsi 50–65 kv.m, soyutma 5300 W / qızdırma 5450 W, enerji səmərəliliyi EER 3.2 / COP 3.4, freon R-410)
- 10 ədəd divar tipli slit kondisioner (36000 BTU, iş sahəsi 120 kv.m, enerji sinfi A, qaz R410A)
- 15 ədəd soyuducu (həcmi 322 L, ümumi 439 L, idarəetmə mexaniki, 2 kameralı)
Tender çərçivəsində digər əlavə avadanlıqlar da alınacaq.












