“Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər hazırda müalicəsini davam etdirir”.
NOCOMMENT xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.
O bildirib ki, Seneqal vətəndaşı ağciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, hazırda ümumi durumu və həyati göstəriciləri qənəatbəxşdir: “Əl və ayaq nahiyyələrində estetik əməliyyat edilməsi nəzərdə tutulub, analiz göstəriciləri əməliyyat üçün uyğundur”.
Xatırladaq ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş vermişdi. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olmuş, 34 nəfər yaralanmışdı. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəymişdi.













