Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI – FOTO

Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI – FOTO

Gədəbəy rayonu, Qoşabulaq kənd məktəbindəki lövhədə ölkənin adı səhv yazılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə foto sosial şəbəkədə paylaşılıb.

Belə ki, rayonun Qoşabulaq kənd məktəbinin girişində asılan lövhədə Azərbaycan sözündə kobud səhvə yol verilib və “Azərbacan” kimi yazılıb.

Sosial şəbəkə istifadəçiləri ölkənin adının səhv yazıldığı lövhənin o şəkildə divara vurulması ilə bağlı ciddi müzakirə ediblər.

Eyni zamanda yazılış qaydalarına əsasən məktəb adlandırılan zaman şəxsin adı soyaddan öncə gəlməlidir.