Gənc qız dəm qazından dünyasını dəyişdi

Gənc qız dəm qazından dünyasını dəyişdi

Biləsuvar rayon sakini dəm qazından boğularaq ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Belə ki, 19 yaşlı Rəmsudə Süleyman qızı Əliyeva yaşadığı evdə, hamamda dəm qazından boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.