Gənc qız dəm qazından zəhərlənib

Gənc qız dəm qazından zəhərlənib

Naftalan şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü N.Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənib.

O, xəstəxanaya aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.