Gənc qız dəm qazından zəhərlənib

Gənc qız dəm qazından zəhərlənib

Bakıda zəhərlənmə hadisəsi baş verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Xocasən qəsəbəsində yerləşən Motodrom yaşayış massivində, 2004-cü il təvəllüdlü Əliyeva Mədinə Səbuhi qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.