Gəncədə yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə Yeni İrəvan yaşayış massivinin Xəqani 52 ünvanında baş verib.
İlkin məlumata görə, 1960-cı il təvəllüdlü Şəmistan Məmmədov tut yığmaq istəyən zaman onu elektrik cərəyanı vurub və 62 yaşlı kişi yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb olunub.














