Gəncədə həyətdən 80 min manatlıq dəzgah oğurlandı

Gəncədə həyətdən 80 min manatlıq dəzgah oğurlandı

Gəncədə 80 min manatlıq dəzgah oğurlanıb.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində yerləşən həyətyanı sahədən 80 000 manat dəyərində 6 ədəd daşkəsən dəzgah, 2 ədəd dəmir çardaq və 150 metr naqil oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini X.Əhmədova saxlanılıb.