“Göygöl Şərab Zavodu”na inzibati xəta protokolu tərtib edilib

“Göygöl Şərab Zavodu”na inzibati xəta protokolu tərtib edilib

Göygöl Şərab Zavodu” Açıq Səhmdar Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki,  protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir. İşə 21.11.2023-cü il tarixində Gəncə Şəhər Məhkəməsində hakim Elxan Əlizadənin sədrliyi ilə baxılacaq.