Göygöldə ağır qəza: Yaralılar var

Göygöldə ağır qəza: Yaralılar var

Göygöl rayonunda yol qəzası baş verib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili ilə kiçik tutumlu yük avtomobili toqquşub, xəsarət alanlar olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.