Hacı Şahin: Seyid fitrəsinin qəbzini buna görə istədik

Hacı Şahin: Seyid fitrəsinin qəbzini buna görə istədik

Seyid fitrəsi – seyidlərin payıdır. Məbləği xeyli az olur. Şəriətimizdə belə bir qayda var ki, seyidlərə ayrılan fitrə onlara çatdırılmalıdır. Məbləğə görə digər fitrələrdən ayıra bilmək üçün seyid fitrəsinin qəbzinin şəklini ayrıca olaraq Vatsap nömrəmizə göndərilməsini istəmişik.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a ilahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə “seyid fitrəsi” olaraq onlayn qaydada köçürülən fitrənin qəbzini istəmələrinin səbəbinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, sosial şəbəkələrdə fitrə köçürülməsi üçün qeyd olunan bank hesablarına şəxsən özü nəzarət edir: “Bank hesabı əməkdaşımızın adınadır. Müraciət edənlərin sayı həddən artıq çoxdur. Hesab təkcə fitrə üçün nəzərdə tutulmayıb. Ay ərzində yardım aksiyaları olur. Həm yardım edənlər, həm də yardıma ehtiyacı olanlar bizə müraciət edirlər. Məsuliyyətli iş olduğu üçün şəxsən özüm nəzarət edirəm ki, ünvanlara çatdırılsın”.