Hacıqabulda güclü sel Pirsaatçay üzərindəki körpünü uçurub.
NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında sel rayonun Udulu kəndində bir sıra fəsadlar törədib.
Kənd sakinlərinin bildirdiyinə görə, Pirsaatçay üzərindəki köhnə körpünün bir hissəsi yuyularaq sıradan çıxıb. Nəticədə rayon mərkəzi ilə 7 kənd arasında müvəqqəti olaraq əlaqəsi kəsilib.













