Hacıqabulda taxta emalı sexi yandı

Hacıqabulda taxta emalı sexi yandı

Hacıqabul şəhərində ümumi sahəsi 100 m² olan obyektin (taxta emalı sexi kimi fəaliyyət göstərir) içərisində yığılan taxta materialları və dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

FHD-dən NOCOMMENT.az-a verilən məlumata görə, obyektin qalan hissəsi və içərisində olan 1 ədəd dəzgah yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.