“Dünyada oduğu kimi Azərbaycanda da omikronla bağlı yoluxma sayında yüksək artım görünür”.
NOCOMMENT xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, omikrona qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: “Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayı çox yüksəkdir, amma bu xəstəlik yüngül keçir. Ölüm sayında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər”.
H.Harmancı qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: “Qapanmalarin lokal olaraq həyata keçirilməsini tövsiyə edirik”.












