Həbsdə olan sabiq tabor komandiri hökmdən şikayətçidir

Həbsdə olan sabiq tabor komandiri hökmdən şikayətçidir

Müdafiə Nazirliyinin hərbi-hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

NOCOMMENT.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası avqustun 21-nə təyin edilib.

 

Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

 

Qeyd: Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.