12:47
Xəbər verdiyimiz kimi, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və AzTV-nin aparıcısı Alidə Mustafayevanın boşanması barədə məlumatlar yayılıb.
NOCOMMENT.az xəbər verir ki, tanınmış teleaparıcı bununla bağlı sosial şəbəkədə paylaşım edib.
“Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır”, – deyə Alidə Mustafayeva yazıb.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov isə məsələ ilə bağlı hər hansı açıqlama yaymayıb, lakin sosial media paylaşımları ilə aparıcı ilə ayrılmadığını əyani nümayiş etdirib.
O, Alidə Mustafayevanın AzTV-də aparıcısı olduğu xəbər proqramından kəsilmiş kadrları öz sosial media səhifəsində yayımlayıb.
Qeyd edək ki, yayılan xəbərlərdə cütlüyün 6 aydır ayrı yaşadığı bildirilirdi.
Xatırladaq ki, icra başçısı ilə aparıcı 2024-cü ilin fevral ayında ailə həyatı qurub













