İcra başçısı sektor müdirini vəzifədən azad etdi

İcra başçısı sektor müdirini vəzifədən azad etdi

Sabirabad Rayon İcra Hakimiyyətinin sektor müdiri vəzifədən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı icra başçısı Siraqəddin Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Əliabbas Həsənov vəzifəsindən azad edilib.

Digər əmrlə həmin sektora rəhbərlik müvəqqəti olaraq Ümid Zeynallıya həvalə olunub. Ü.Zeynallı bundan əvvəl İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. (İqtisadiyyat.az)