İnsan Psixoloji problemi olduğunu necə anlayır? – Video

İnsan Psixoloji problemi olduğunu necə anlayır? – Video

“İnsan Psixoloji problemi olduğunu necə anlayır?” sualına tanınmış həkim psixiatr Zaur Qasımov aydınlıq gətirir.

Bununla bağlı NOCOMMENT-ə müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov  “İnsan Psixoloji problemi olduğunu necə anlayır?” mövzusu barədə danışıb.

İnsan özündə psixoloji problemi olub-olmadığını keçirdiyi hisslər və narahatlıqlardan , normada olmayan reyaksiyalarından, eyni zamanda ətrafdakı insanların həmin şəxsə narahatlığını deməsindən anlaya bilər.

Düşüncə və davranışları gündəlik həyat fəaliyyətinə təsir edirsə, bu istər işində , istərsə də ailəsində varsa və bu halların özəyində somatik-organik xəstəliklər yoxdursa o zaman bu barədə düşünmək olar.