Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədlinin intiharı ilə bağlı bəzi məqamlar bəlli olub.
NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, Orxan Məmmədlinin borc səbəbindən intihar etdiyi iddia olunur.
Belə ki, o, intihar etməmişdən öncə məktub yazıb. Məktubda kimə nə qədər borcu olduğunu qeyd edib.
“Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın”, – məktubda qeyd olunub.













