Cəbrayıl rayon İcra Hakimiyyəti Vətən müharibəsi qazisi Firudin Firudinlinin intihar etməsinə münasibət bildirib.
NOCOMMENT xəbər verir ki, icra başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva axar-a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.
“Məsələdən xəbərdarıq, lakin qazi bizə müraciət etməyib. Bizim bu vaxta kimi o qazi ilə heç bir problemimiz də olmayıb”, – deyə F.İbayeva bildirib.
Qeyd edək ki, Firudin Firudinli “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdu.











