HƏMAS qruplaşmasının “İzzədin əl-Kassam briqadası”nın hərbi qanadının mərkəzi hissəsinin komandiri “Əbu Əhməd” ləqəbli Husal Ayman zərərsizləşdirilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, o, İsrail Müdafiə Ordusunun Qəzza zolağının mərkəzinə hücumu nəticəsində öldürülüb.
Qeyd edək ki, HƏMAS oktyabrın 17-də İsrailin endirdiyi zərbələr nəticəsində iki yüksək rütbəli üzvünün öldüyünü də təsdiqləyib.












